Sağlamlıq 16:35 02.11.2022

Yoluxanlarla bağlı son statistika

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 51 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 117 nəfər müalicə olunaraq sağalıb, hazırda 301 aktiv xəstə var. Bu günə qədər 9 951 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 188, bu günə qədər isə ümumilikdə 7 325 464 test icra olunub.
 
Bu gün 491 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci doza vaksinlərin sayı 84, ikinci doza vaksinlərin sayı 79 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 278-dir. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 50 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 912 185 olub.