XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Yoluxma 500-ü ötsə, karantin sərtləşdirilə bilər" - Həkim
Ölkə12:44 07.03.2021

"Yoluxma 500-ü ötsə, karantin sərtləşdirilə bilər" - Həkim

Koronavirusa gündəlik yoluxma sayı 500 nəfəri keçərsə, bu, həyəcan təbili çalınmasına işarədir.
Bunu ARB24-ün "Nə baş verir?” verilişinə müsahibəsində həkim İmran Mirizadə deyib.
Hazırkı vəziyyətin kritik olmadığını qeyd edən həkim gündəlik göstəricilərin 500-ü keçəcəyi təqdirdə aidiyyəti qurumların karantinin sərtləşməsi barədə qərar qəbul edəcəyini bildirib.
İ. Mirizadə bayram günlərində yoluxma sayında çoxalma ehtimalı olacağı üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın mart ayındakı qeyri-iş günlərində də müəyyən qadağalar tətbiq edə biləcəyini qeyd edib.
Həmçinin İ.Mirizadə hələlik vaksin olunan şəxslərin sayı az olması səbəbindən bunun yoluxma sayına ciddi təsir etmədiyini bildirib:
"Hazırda peyvənd olunanların sayı əhalinin 3.5-4 faizini təşkil edir. Bu rəqəmlərin yoluxmanın qarşısının alınmasında ciddi təsir edəcəyini düşünmürəm. Növbəti aylarda vaksinasiya prosesinin daha da güclənəcəyi və bunun effektini də görəcəyimizi düşünürəm”.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/Xg1iTm8GDls" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">