Ölkə 16:38 28.11.2022

Yoluxma statistikası açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 824 245 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 996 nəfər müalicə olunaraq sağalıb, 9 976 nəfər vəfat edib, aktiv xəstə sayı 273 nəfərdir.

Ölkədə son sutka ərzində 652, hazırkı dövrədək isə 7 371 423 test aparılıb.

Gün ərzində koronavirus əleyhinə vaksin vurulmayıb. Vurulan vaksinlərin ümumi sayı 13 921 387, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 392 537, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 784, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 391 214, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 852 nəfər təşkil edir.