Xəbər lenti

İdman 23:33 06.03.2024

Yurgen Klopp: "Əgər sən Messi deyilsənsə..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp bildirib ki, onun oyun sistemində yalnız Lionel Messi sistemsiz oynaya bilər.

Qaynarinfo xəbər verir ki, mütəxəssis bu barədə Rio Ferdinandla podkastda danışıb.

Onun sözlərinə görə, istedadına görə yalnız argentinalıya sistemsiz oynamağa icazə verə bilər

"Hər kəsə deyirəm: Əgər Lionel Messi deyilsənsə, müdafiə etməlisən. Komanda topu götürənə və istədiyi hər şeyi etmək üçün ona verənə qədər gözləməyə icazə verilən yeganə şəxs Messidir. Qalan hər kəs müdafiə üzərində işləməlidir", deyə Klopp bildirib.

Qeyd edək ki, 2015-ci ilin payızından "Liverpul"a başçılıq edən Klopp mövsümün sonunda komandanı tərk edəcəyini açıqlayıb. Onun rəhbərliyi altında "qırmızılar" İngiltərə Premyer Liqası, Çempionlar Liqası, Klublararası Dünya Kuboku, Liqa Kuboku, İngiltərə Kuboku və UEFA Super Kubokunun qalibi olub. Premyer Liqanın cari mövsümündə Kloppun yetirmələri 27 oyundan sonra 63 xal toplayıb və turnir cədvəlində birinci yerdədir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->