Xəbər lenti

Zəngilanda bu kəndin torpaqlarını icazəsiz daşıyan
Ekonomiks 17:34 26.01.2024

Zəngilanda bu kəndin torpaqlarını icazəsiz daşıyan "AS İnşaat" imiş - Qərar verildi

Zəngilan rayonu, Rəbənd kəndinin ərazisinin "AS Group"a daxil olan "AS İnşaat" Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən dağıdılması məlum olub. 

Qaynarinfo-nun məlumatına görə, şirkət tərəfindən Zəngilan rayonunun Ağalı kəndində aparılan tikinti quruculuq işləri zamanı belə qanunsuzluğa yol verilib. 

Belə ki, Zəngilan rayonu, Rəbənd kəndinin ərazisində keçmiş dövrdə həyətyanı xüsusi mülkiyyətdə olan tam dağılmış evlərin torpaq sahəsinin üst münbit qatının strukturu pozularaq, icazəsiz daşındığı aşkar edilib. 

Aparılan araşdırma zamanı şirkətə məxsus üzərində "AS Nəqliyya" emblemi olan "Hx 340 SR" markalı ekskavatorla həmin kəndin torpaq sahəsinin dağıdılması müəyyən olunub. Keçirilən yoxlama zamanı 90-JD 194 dövlət nişanlı "Mersedes AXOR 33-40" markalı yükünü özü boşaldan nəqliyyat vasitəsi də saxlanılıb. 

Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "AS İnşaat" MMC-nin direktoruna İnzibati Xətlar Məcəlləsinin 228-ci maddəsi ilə protokol tərtib edilib. Şirkətin törətdiyi əməl müvafiq dövlət qurumları tərəfindən də ciddi narazılıqla qarşılanıb. 

Məhkəmənin hökmü ilə şirkət rəhbəri İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 6000 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->