Gürcüstan prezidenti Salome Zurabişvili Çin lideri Si Szinpinin "uyğurların soyqırımı”nda mühakimə olunmasını arzuladığını deməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 14-də Gürcüstan Administrasiyasının rəhbəri Natia Sulava Çinin ölkədəki səfiri Çjou Jian ilə görüş keçirib, tərəflər Zurabişvilinin Fransanın LCI televiziya şirkətinə verdiyi son müsahibəni müzakirə ediblər.
"Orbeliani sarayında keçirilən görüşdə Prezident Administrasiyasının rəhbəri bildirib ki, müsahibəsində Zurabişvili heç bir formada Gürcüstan-Çin münasibətlərinə və ya konkret olaraq Çin rəhbərinə işarə etməyib", deyə məlumatda bildirilib.
Mətbuat xidmətinin məlumatına görə, Gürcüstan prezidenti jurnalistlərə yalnız Rusiya və Avropa İttifaqı ilə münasibətlərindən danışıb.
Aydın
Şərhlər