Xəbər lenti

Azərbaycan millisi yoxlama görüşündə Qazaxıstanı məğlub etdi
İdman 21:12 06.06.2025

Azərbaycan millisi yoxlama görüşündə Qazaxıstanı məğlub etdi

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.

Qaynarinfo AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasını məğlub edib.

Oyun yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 28-ci dəqiqədə Nicat Kərimov hesabı açıb. 77-ci dəqiqədə isə avtoqol qeydə alınıb.

Qeyd edək ki, millimizin növbəti yoxlama oyunu iyunun 10-da Gürcüstan seçməsinə qarşı olacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->