Xəbər lenti

Tikinti materialları bazarında qiymətlər - Vəziyyət necədir?
Ekonomiks 20:08 08.06.2025

Tikinti materialları bazarında qiymətlər - Vəziyyət necədir?

Son illərdə Azərbaycanda tikinti sektoru iqtisadi inkişafın əsas istiqamətlərindən birinə çevrilib.

Dövlətin həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də əhalinin şəxsi ev tikintisinə marağı tikinti bazarında aktivliyi artırıb.

Bu proses isə birbaşa olaraq inşaat materiallarına olan tələbat və onların qiymətlərinə təsir göstərir. 2025-ci ilin ilk yarısına nəzər saldıqda, inşaat materiallarının qiymətlərində müxtəlif istiqamətlərdə dəyişikliklərin baş verdiyi müşahidə olunur.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, 2025-ci ilin ilk 5 ayında tikinti materiallarının qiymətlərində ortalama 3.5%-5.7% arasında artım qeydə alınıb. Bu artım əsasən bəzi məhsul qruplarında kəskin, digərlərində isə sabit və ya azalma şəklində özünü göstərib.

Nəzər salsaq görərik ki, sement bazarında qiymət artımı davam edir. 50 kiloqramlıq sement kisəsinin qiyməti 7.5 manatdan 8 manata qədər yüksəlib. Bu artım həm daxili istehsal xərclərinin, həm də nəqliyyat xidmətlərinin bahalaşması ilə izah olunur.

Tikintidə əsas rol oynayan armaturların qiymətində də artım müşahidə edilir.

Zavod istehsalı armaturlar: 1.200-1.400 AZN/ton

Sex istehsalı armaturlar: 800-900 AZN/ton

Bunun səbəbi xammalın idxal asılılığı və metal qiymətlərinin beynəlxalq bazarda bahalaşması ilə əlaqəlidir.

Taxta məhsullar, xüsusən rütubətli və quru taxtalar, tikintidə geniş istifadə olunur. Qiymətlərdə bahalaşma mövcuddur:

1 m³ yaş taxta: 380-420 AZN

Quru taxta isə daha yüksək qiymətlərlə təklif olunur.

Maraqlıdır ki, bu kateqoriyada bəzi məhsulların qiymətində azalma müşahidə olunub:

0.45 mm qalınlığında dam örtüyü: 10.5 AZN → 9.5 AZN

15-lik dikt: 28 AZN → 19 AZN

17-lik dikt: 34 AZN → 21 AZN

Azalmanın səbəbi bazarda təklifin artması və bəzi məhsulların daxili istehsalla əvəzlənməsi göstərilir.

Qiymət artımının əsas səbəbləri kimi logistika və daşınma xərclərini göstərmək olar.

Belə ki, 2025-ci ilin ilk üç ayında daşınma xərclərinin 15-20% artdığı bildirilir. Bu, xüsusilə bölgələrə məhsul çatdırılmasında qiymətlərə təsir edir.

Bundan başqa yaz-yay aylarında tikinti mövsümünün canlanması qiymət artımına səbəb olur. İdxal asılılığı da qiymətə təsir edən ən böyük amillərdəndir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->