Xəbər lenti

Azərbaycan - Monteneqro oyunundan sonra kütləvi dava düşdü (VİDEO)
İdman22:53 08.06.2025

Azərbaycan - Monteneqro oyunundan sonra kütləvi dava düşdü (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın U-21 millisinin oyunundan sonra kütləvi dava baş verib.
Oxu.Az xəbər verir ki, Monteneqro ilə keçirilən yoxlama oyunundan sonra futbolçular arasında insident yaşanıb.
Qarşıdurma zamanı rəqib komandanın kapitanı Viktor Cukanoviç intizamsız davranışı ilə seçilib. O, meydan sahiblərinin futbolçusu Emin Rüstəmovun boğazından tutaraq onu itələyib.
Bu hadisə qısa zamanda kütləvi davaya çevrilib. Tərəfləri sakitləşdirmək yalnız böyük çətinliklə mümkün olub.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma 0:0 hesabı ilə başa çatıb.