Xəbər lenti

Qlobal istiləşmənin əsas səbəbi açıqlandı
Dünya 23:54 08.06.2025

Qlobal istiləşmənin əsas səbəbi açıqlandı

Antropogen faktorlar El Nino kimi təbiət hadisələrinin təsirini üstələyərək qlobal temperaturun artmasının dominant səbəbinə çevrilib. 

Qaynarinfo xəbər verir ki, bunu "RİA Novosti"yə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand deyib.

"İstixana qazları planetin qızdırılmasında əsas amildir. Bu, artıq bir nümunədir: insan fəaliyyəti təbii dövrlərdən daha çox iqlimə təsir edir", deyə sinoptik vurğulayıb.

O, 2023-2024-cü illərdə qeydə alınan El Nino mərhələsinin apreldə başa çatdığını və payızın sonuna qədər bərpa olunmayacağına aydınlıq gətirib.

Sakit okean iqlim dövrünün hazırkı neytral mərhələsi ən azı noyabr ayına qədər davam edəcək. Son La Nina qeyri-adi dərəcədə zəif olub və temperatur qeydlərinə az təsir edib. El Nino zamanı okean atmosferə istilik yayır, La Nina zamanı isə onu udur.

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, insanların yaratdığı iqlim dəyişikliyi səbəbindən təxminən 4 milyard insan - dünya əhalisinin təxminən 49%-i son bir ildə qlobal istiləşmə olmadan dünyanın yaşaya biləcəyindən ən azı 30 gün çox həddindən artıq istilər yaşayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->