Ayın hər zaman Yerə eyni üzünü göstərməsi və "qaranlıq tərəfinin” gizli qalması illərdir müxtəlif nəzəriyyələrə səbəb olur. Bu iddialardan ən diqqət çəkəni isə budur: Ayın uzaq tərəfində yadplanetli bazaları mövcuddur və Ay bəlkə də təbii deyil, süni bir peykdir.
Qaynarinfo xəbər verir ki, aon yayılan məlumatlara görə, bu nəzəriyyələri artıq yalnız fantaziya deyil - ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən 25 il əvvəl hazırlanan gizli bir hesabat bu iddiaları təsdiqləyə bilər. Bildirilir ki, təşkilat 1990-cı illərdə hökumətə Ayda həyat tapıldığına dair məxfi bir dosye təqdim edib.
MKİ Ayda olubmu?
Təbii ki, MKİ Ayda fiziki olaraq olmamışdı. Ancaq 1970-80-ci illərdə "uzaqdan görüntüləmə" (remote viewing) adlanan parapsixoloji eksperimentlər həyata keçirilib. Bu təcrübələrdə uzaq məsafələrdəki obyektlər və hadisələr haqqında informasiyanı zehni yolla əldə etdiklərini iddia edən şəxslərdən istifadə olunurdu. Milyardlarla dollar xərclənən bu proqram, Sovet İttifaqına qarşı ciddi məlumatların əldə edilməsi üçün də istifadə olunub.
Məhz bu layihə çərçivəsində aparılan bir müşahidə zamanı, Ayın qaranlıq tərəfində yadplanetlilərə aid baza və insanabənzər varlıqların işlədiyi komplekslər aşkar edildiyi bildirilib.
"Məni gördülər”
Həmin parapsixoloji eksperimentdə iştirak edən şəxs qeyd edib:
"Onları gördüm və onların da məni gördüyünü hiss etdim".
Hesabatda qeyd olunur ki, Ay səthində göydələn ölçüsündə qüllələr və binalar mövcuddur və bunlardan biri BMT binası qədər böyükdür. Daha da maraqlısı odur ki, bəzi ABŞ hökumət nümayəndələrinin və hərbi çevrələrin bu məlumatlardan əvvəldən xəbərdar olduğu iddia olunur.
Amma sübut yoxdur
Əlbəttə ki, bu iddiaların heç biri rəsmi şəkildə sübut edilməyib. Bu səbəbdən layihə uzun illər boyunca fantastik nəzəriyyə kimi qəbul olunub. Lakin 25 il davam edən bir proqramın tamamilə sübut olmadan davam etdirilməsinin çətin olduğunu deyənlər də var.
Aydın
Şərhlər