Xəbər lenti

Rusiyanın sirli peyki ABŞ peyklərini izləyirmi?
Dünya 21:25 08.06.2025

Rusiyanın sirli peyki ABŞ peyklərini izləyirmi?

Rusiya ilə ABŞ arasındakı gərginlik indi də kosmosa daşınıb. 

Qaynarinfo xəbər verir ki, Rusiyanın orbitə göndərdiyi sirli peykin ABŞ-ın hökumət peyklərini izlədiyinə dair iddialar, kosmosdakı hərbi rəqabəti yenidən gündəmə gətirib.

ABŞ Kosmik Qüvvələri və müstəqil müşahidəçilər, Rusiyanın bu addımının kosmosda anti-peyk silahları potensialının bir hissəsi ola biləcəyinə dair ciddi narahatlıqlar ifadə edirlər.

Sonuncu dəfə orbitə buraxılan "Kosmos" seriyasından olan peykin, adı açıqlanmayan ABŞ hökumətinə məxsus peykin yaxınlığında yerləşdirilməsi, bu obyektin yalnız bir müşahidə peyki deyil, eyni zamanda potensial bir anti-peyk silahı ola biləcəyi ehtimalını gücləndirib. Mütəxəssislər, Rus peykinin orbitdəki hərəkət nümunələrinin adi elmi və ya müşahidə xarakterli fəaliyyətlərdən fərqli olduğunu qeyd edirlər.

Bu hal, Moskvanın əvvəlki oxşar peyk əməliyyatları ilə də üst-üstə düşür. Rusiya daha öncə də ABŞ peyklərinə yaxınlaşan və onları izləyən peyklər göndərmişdi. Xüsusilə 2020-ci ildə "Kosmos 2542" peykinin kosmosda yüksək sürətli mərmi buraxması, Qərb hərbi dairələri tərəfindən açıq-aşkar bir silah testi kimi qiymətləndirilmişdi.

Bu kimi inkişaflar, kosmosun getdikcə daha çox qarşıdurma sahəsinə çevrildiyini və "kosmos müharibələri” ssenarilərinin real təhlükəyə çevrildiyini göstərir. Eyni zamanda bu yeni gərginliklər, yaxın gələcəkdə kosmos hüququ, kibertəhlükəsizlik və beynəlxalq sazişlərin gələcəyi ilə bağlı mühüm müzakirələrə yol aça bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->