Xəbər lenti

159 saylı məktəbdə rüşvətlə bağlı səs yazısı qalmaqalına ekspertdən reaksiya (VİDEO)
Video 14:15 17.12.2022

159 saylı məktəbdə rüşvətlə bağlı səs yazısı qalmaqalına ekspertdən reaksiya (VİDEO)

"Bunun bir həlli yolu var. Fikirimcə, Azərbaycan Respublikasının qanunlarını pozan şəxs haqqında ölçü götürməyi Elm və Təhsil Nazirliyi deyil, bir başa hüquq-mühafizə orqanları həyata keçiriməlidir ki, həmin şəxs haqqında konkret qanunun tələb etdiyi formada cəza tədbiri olsun. Əks halda onlar yenə də vəzifəyə təyinat alacaqlar”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev 159 saylı məktəbin direktoru Vahid Xəlilovun rəhbərlik etdiyi təhsil müəssisəsində müəllimin rüşvət alması ilə bağlı səs yazısına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, belə hadisələrlə bağlı hər hansı adekvat addım atıldığı zaman rüşvət aldığı üçün işindən uzaqlaşdırılan direktor, hər hansı müəllim yenidən başqa bir məktəbə vəzifəyə göndərilir:

"Ona görə qəti bir fikir söyləmək olmur. Yəni, bunlar hər hansı bir yolla, faktiki korrupsiyaya bulaşmalarına, qanunsuzluğa getmələrinə baxmayaraq, yenə də həmin insanlar vəzifəyə təyin olunur, yaxud da yenidən başqa bir məktəbdə direktor olurlar. Adı rüşvətdə hallanan müəllimlərin yenidən vəzifəyə təyin olunmamaları ilə bağlı bir başa rüşvət əsas götürülərək işdən çıxarılarlarsa, işlə təmin olunmazlarsa, o zaman başqaları bu səhvi etməzlər. Amma reallıq ondan ibarətdir ki, son dövrlərdə biz bununla bağlı artıq neçənci faktı müşahidə edirik ki, korrupsiya və rüşvətə, digər qanun pozuntularına görə vəzifəsindən uzaqlaşdırılan şəxslər yenidən hansısa məktəbə təyinat alır”. 

Elçin Əfəndiyev deyir ki, yaxşı direktorların hazırlanması üçün aidiyyatı qurumlar işlər görməlidir:

"Məktəblərdə liderlik xüsusiyyəti olan müəllimlər prosesə cəlb olunmalıdırlar. Hətta mən təklif edirəm ki, hər 3-5 ildən direktorların yeri dəyişilməlidir”.

Qeyd edək ki, bir müddət bundan öncə 159 saylı məktəbin Uşaq Birliyinin rəhbəri rüşvət almaqda ittiham olunub. Məktəbin direktoru Vahid Xəlilovun rəhbərlik etdiyi təhsil müəssisəsində rüşvətlə bağlı ittihamı təkzib etsə də, özü də bilmədən yayılan səs yazısının Elvira müəllimə aid olduğunu söyləyib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->