Xəbər lenti

Sabah da yağış yağacaq
Ölkə08:37 12.05.2015

Sabah da yağış yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah ölkə ərazisində hava yağıntılı olacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14˚, gündüz 17-22˚ isti olacaq.

Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 10-15˚, gündüz 20-25˚, dağlarda gecə 5-10˚, gündüz 11-16˚ isti olacaq.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 15-i gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.

Qaynar.info