Xəbər lenti

Sabah yağış yağacaq
Ölkə08:44 13.08.2014

Sabah yağış yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq

Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Avqustun 13-dən 14-ə keçən gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək. 

Havanın temperaturu gecə 24-27, gündüz 30-34 dərəcə isti olacaq. 

Sabah Azərbaycanın şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. 

Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

Qaynar.info