Xəbər lenti

Sürücülərin nəzərinə
Ölkə08:08 10.04.2014

Sürücülərin nəzərinə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Xətai rayonunda yerləşən Xocalı prospektində təmir işlərinə başlanılıb.

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. O bildirib ki, hazırda prospektdə köhnə beton bordürlər sökülərək daşınır. Daha sonra isə köhnə asfalt-beton örtüyünün qaşınmasına başlanacaq: “Bu işlər yekunlaşdıqdan sonra prospektə yeni mərmər bordürlər vurulacaq və yeni asfalt-beton örtüyü salınacaq”.

Qeyd edək ki, yolun uzunluğu 1 100 metr təşkil edir.

Qaynar.info