Xəbər lenti

Qar yağacaq
Ölkə21:40 08.12.2013

Qar yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı və Abşeron yarımadasında dekabrın 9-da hava şəraitinin soyuq, arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya  verilən məlumata görə, dekabrın 8-dən 9-na keçən gecə bəzi yerlərdə yağışın sulu qara keçmə ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 0-3, gündüz 4-6 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Qaynar.info