Xəbər lenti

Zakir Qaralov prokuroru işdən çıxardı
Ölkə06:13 24.06.2015

Zakir Qaralov prokuroru işdən çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhəri, Qaradağ rayonunun prokuroru Fəxrəddin Pənahov vəzifəsindən azad olunub. Bu barədə “Report”a prokurorluq orqanlarından bildirilib. 
Bununla bağlı baş prokuror Zakir Qaralov əmr imzalayıb. F.Pənahov Respublika Baş Prokurorluğunda yüksək vəzifəyə təyin olunub.
Qeyd edək ki, F.Pənahov Qaradağ rayonunun prokuroru olmazdan əvvəl Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi vəzifəsində çalışıb.
Qaynar.info