Xəbər lenti

Reanimasiyada olan xəstələrin sayı açıqlandı
Ölkə16:08 26.08.2020

Reanimasiyada olan xəstələrin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 26-na olan statistik göstəriciləri açıqlayıb.
Qaynarinfo xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 904 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 150 nəfər reanimasiyada, 19 nəfər isə süni tənəffüs cihazındadır.
Ümumilikdə 35 707 nəfər virusa yoluxub, 33 281 nəfər sağalıb.
Bu gün 6 791 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 892 070 test aparılıb.
Qeyd edək ki, bu gün 148 koronavirusa yoluxma faktı qeydə alınıb, 91 nəfər sağalıb, 1 nəfər ölüb.