
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Muradlı kəndi ərazisində yerləşən süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 100 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən Qaynarinfo.Az-a verilən məlumata görə, dərhal qutumun Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1994-cü il təvəllüdlü, Hasilov Ceyhun Əliqardaş oğlunun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilblər.
Əməliyyat saat 19:37-də başa çatıb.
Qaynarinfo.Az