Xəbər lenti

3-cü sinif şagirdi itkin düşdü
Ölkə19:35 14.04.2025

3-cü sinif şagirdi itkin düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Astarada 3-cü sinif şagirdi itkin düşüb.
Qaynarinfo xəbər verir ki,  hadisə Astara rayonunun Maşxan kəndi ərazisində baş verib. Məktəbdən evə qayıdan 9 yaşlı Reyhan Məmmədzadənin itkin düşdüyü bildirilir.
Faktla bağlı polisə məlumat verilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  bildirilib ki, axtarış elan olunub. Azyaşlının tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.