Zaman-zaman tapılan artefaktlardan
bəziləri o qədər qeyri-adidir ki, bu cür tapıntıların mənşəyi barədə nə cavab
verəcəyini bilməyən çoxsaylı elm adamlarını dalana dirəyə bilir. Qalaktik disk,
milyonlarla illik çəkic, qəribə tikililər... Bu cür tapıntılar tariximizin heç
də qəbul edildiyi kimi olmadığını göstərir...
Qaynarinfo bu məqalədə
sirrinin bir çox arxeoloqları, tarixçiləri və elm adamlarına rahatlıq verməyən,
üstündə olan güllə dəliyinin mənşəyini ağılla izah etməyə çalışdığı
"Rodeziya kəllə"si mövzusuna toxunmaq istəyiik. Bəlkə də hər şeyi
normal qəbul etmək olardı, məsələ ondadəır ki, kəllənin yaşı təxminən 300.000
ildir, bəs əcdadlarımız bu tip silahlara necə sahib ola bilib? Və ən əsası, axı
həmin dövrdə planetdə hələ insanların olmadığı elmə məlumdur.
Artefaktın özü
1922-ci ildə Zambiyanın mərkəzində yerləşən Kabve şəhəri yaxınlığında bir mədənçi
tərəfindən tapılib. Əvvəlcə onda qəribə bir şey görməyiblər, amma
araşdırıldıqdan sonra bir güllə dəliyinə çox bənzəyən bir çuxur tapılıb. Məsələ
budur: kəllənin sol tərəfində qeyri-adi kiçik bir dəlik var. İdeal yuvarlaq formaya
malikdir. Başlanğıcda tədqiqatçılar bunun bir nizə və ya başqa bir iti alətin
işarəsi olduğuna inanırdılar.
Bir müddət əsrarəngiz
kəlləni unudulur, ancaq tədqiqatına qayıtdıqdan sonra qədim insanların
texnologiyaları, o cümlədən odlu silahlarla bağlı versiya ortaya çıxır. Alimlər
tapılmış digər kəlllələrdə ox və nizə izi kimi ehtimal olunan izləri
araşdırdılar və iş ondadır ki, onların hər birində radial çatlar var ki, bu, "Rodeziya
kəllə"sində yoxdur. Rene Norberg adlı sirli tapıntının tədqiqatçılarından
biri bunları bildirib:
"... oxşar xüsusiyyət
güclü bir tüfənglə vurulduqdan sonra başından yara alan müasir insanlarda müşahidə
olunur. Rodeziya kəlləsindəki sirli xüsusiyyətlər antik dövrdə bəzi inkişaf
etmiş texnologiyanın sübutu ola bilərmi? Bəli, onda 200000 ilə 250000 il əvvəl
Yer kürəsini kim xaraba qoyub?”
Bununla belə, müzakirəyə
qatılan skeptiklər hesab edir ki, bu kəşf psevdo elmlə əlaqəlidir, buna görə də
onu öyrənməyə vaxt itirməyə dəyməz. Ancaq bir saniyə belə 250-300 min il əvvəl
odlu silahların olma ehtimalını etiraf etsək, onda bu texnologiyalar necə yoxa
çıxıb? Yoxsa burada kiminsə ov yeri var imiş? Və Rodeziya kəlləsi vəhşi kainat
səhrasında bir növ yadplanetli səyyah olmasının sübutudur?
Alpər
Şərhlər