Xəbər lenti

Dünya 14:20 15.08.2023

35 ölkə 2024 Olimpiadasını boykot edə bilər - Səbəb insan qanı...

Rusiya və Belarus idmançıları Olimpiadaya buraxılarsa, 35 ölkə 2024-cü ildə Parisdə keçiriləcək olimpiya oyunlarını boykot etməyə hazırdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın Baş nazir Denis Şmıqal "Teleqram”da bildirib

Hökumət başçısı vurğulayıb ki, idmanla hərbi təcavüz bir araya sığmır. O xatırladıb ki, Rusiya genişmiqyaslı işğalın başlanmasından bəri 340 ukraynalı idmançı və məşqçini öldürüb, 343 idman obyektini dağıdıb və ya zədələyib, hər gün dinc şəhər və kəndlərə PUA və raketlərlə hücumlar təşkil edir.

"Özlərini ukraynalıların qanına boyayan dövlətlər Olimpiya oyunlarında iştirak edə bilməzlər... Ukrayna qərarlıdır. Ədalətli idman naminə güclü beynəlxalq koalisiya yaradılıb, oraya 35 dövlət daxildir. Rusiya və Belarusun yarışlarda iştirakına icazə verilərsə, biz birlikdə Parisdə keçiriləcək Olimpiadanı boykot etməyə hazırıq”, - Şmıqal bildirib.

Baş nazir onu da əlavə edib ki, o, Beynəlxalq Olimpiya Komitəsinin düzgün qərarına və təcavüzkarın beynəlxalq yarışlardan kənarlaşdırılacağına ümid edir.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi avqustun 14-nə olan məlumata görə, Rusiya və Belarusu 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarında iştiraka rəsmi dəvət etməyib.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax rusiyalıların və belarusların Olimpiadaya buraxılmasını istisna etməyib.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?