Xəbər lenti

4 İcra Hakimiyyətində yoxlamalar aparıldı
Ölkə13:43 19.06.2015

4 İcra Hakimiyyətində yoxlamalar aparıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Palatadan Qaynar.info-ya verilən məlumata görə, kollegiya iclasında Oğuz, Ağcabədi və Yardımlı rayonlarının icra hakimiyyətlərinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından, Sabirabad rayon İcra Hakimiyyətinə dövlət əsaslı vəsait qoyuluşundan və “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə Hesabatlar müzakirə olunub. 
Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında, həmçinin, İş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə Audit proqramları təsdiq edilib.
Qaynar.info