Xəbər lenti

44 günlük müharibədən sonra: Azad edilən ərazilərdə hansı işlər görülüb?
Ölkə 14:02 20.09.2024

44 günlük müharibədən sonra: Azad edilən ərazilərdə hansı işlər görülüb?

"Artıq işğaldan azad edilən ərazilərimizdə həyat qaynayır, çiçəklənir”.

Qaynarinfo-ya açıqlamasında bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə 44 günlük müharibədən üzü bəri işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər barədə danışarkən deyib.

Deputat bildirib ki, 2020-ci ilin 27 sentyabrda Vətən müharibəsinin başlandığı dövrə Azərbaycan uzun bir yol gəlib:

"Müstəqilliyimizi bərpa etdikdən sonra Ermənistan xaricdəki müəyyən dairələrin dəstəyilə Azərbaycana qarşı təcavüz edərək, torpaqlarımızın əhəmiyyətli hissəsini işğal etdi. Amma bütün bunlara baxmayaraq, torpaqlarımızın azad edilməsi üçün ciddi və mübariz hazırlıq görüldü. 30 ilə qədər gedilən yol 44 gün ərzində böyük bir uğurun əldə edilməsinə səbəb oldu. Azərbaycan beynəlxalq təşkilatlar, böyük güclərin həll edə bilmədiyi problemi özü həll etdi. Bir-iki dövləti çıxmaq şərtilə dünya Azərbaycanın haqq işini tanıdı. Bakı Xankəndi və ətrafında separatçı rejimin nəzarət etdiyi ərazinin Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün də bir sıra diplomatik addımlar atdı. Orada yaşayanların Azərbaycan dövlət quruculuğunda iştirakı, ölkəmizin bərabərhüquqlu vətəndaşları olacaqlarını onlara vəd etdi. Amma bununla belə, Ermənistan həmin ərazidən qoşunlarını çıxarmadı, separatçı qüvvələr vaxtaşırı təxribatlar törətməkdə davam etdilər. Azərbaycan nəticədə bir günlük antiterror əməliyyatı keçirməyə məcbur oldu və suverenliyimiz bərpa edildi, Azərbaycana qarşı edilən təxribatların qarşısı birmənalı şəkildə alındı”. 
 


Deputat qeyd edir ki, sonrakı mərhələdə Azərbaycan qısa zamanda ərzində separatçı rejimin həmin ərazidə həyata keçirdiyi dağıntı və vəhşiliyinin aradan qaldırılması yolunda da böyük işlər gördü: 

"Torparlaq minalardan təmizlənir, kommunikasiyalar yenilənir, məktəblər, səhiyyə ocaqları tikilir, insanların qayıtması üçün mühüm işlər görülür. İndiyə kimi 3 minə yaxın ailə 10-a yaxın yaşayış məntəqəsinə geri qayıdıb. Artıq işğaldan azad edilən zonada həyat qaynayır, çiçəklənir. Gələcəkdə həmin ərazinin daha çox məskunlaşmasının şahidi olacağıq. Prezident Ağdamda bir neçə zavod və otelina çılışını etdi. Xankəndidə uşaq bağçası, məktəb və otelin açılışı oldu. Prezident həmçinin Qarabağ Universitetinin açılışında iştirak edir. Ən yüksək bal toplayan gənclər orada təhsil almağa gedir. Minlərlə alim və müəllim orada işləmək üçün müraciət edir. Azərbaycanın öz suverenliyini bərpa etməsi dövlətçiliyimizin inkişafına böyük dəstək verir. Prezident təsadüfi deyil ki, 20 sentyabr tarixini Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhər günü elan edib. Eyni zamanda, Prezidentin sərəncamı ilə dövlət suverenliyi günü elan edildi. Prinsip etibarı ilə hər birimiz dövlətimizin möhkəmləndiyinin şahidi oluruq. Bu dövlətimizin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir”. 
 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir. Prezident həmçinin Xankəndi Universitetinin açılışını edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->