Xəbər lenti

47 nəfər həbs olundu – Qiyama görə
Ölkə12:25 01.08.2016

47 nəfər həbs olundu – Qiyama görə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanda “Sasna çrer” silahlı qruplaşması ilə əlaqədar 47 şəxs saxlanılıb.

Qaynarinfo.Az "Sputnik"ə istinadən bildirir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında deyilir:

“17 iyulda patrul-mühafizə alayının binasının tutulması faktı ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 219 (binanın, nəqliyyatın və ya əlaqə vasitəsinin tutulması) və 235 –ci (silah-sursat və ya partlayıcı maddələrin qeyri-qanunu əldə edilməsi, saxlanması) maddələri üzrə açılan cinayət işi çərçivəsində 47 nəfər saxlanılıb və ya həbs edilib. 24 nəfərə ittiham irəli sürülüb”.

Qaynarinfo.Az