Xəbər lenti

6 yaşlı qızı yük maşını vurdu - Xaçmazda
Ölkə18:25 08.02.2015

6 yaşlı qızı yük maşını vurdu - Xaçmazda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xaçmaz rayonunda ağır yol qəzası baş verib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Çarxı kəndində axşam saat 17 radələrində sürücü Abbasov İnşallah idarə etdiyi QAZ 53-12 markalı yük maşını ilə 6 yaşlı Fatimə Taleh qızı Hacıbalayevanı vurub.
Xaçmaz rayon polis şöbəsinin müstəntiqi Namiq Mirzəzadə bildirdi ki, hadisənin baş verməsinə səbəb Fatimə Hacıbalayevanın qəfildən yola çıxması olub.
F.Hacıbalayevanın döş qəfəsi əzilib və daxili orqanları zədələnib. O dərhal Bakıya göndərilib. 6 yaşlı qızın vəziyyəti ağır qiymətləndirilir.
Qaynar.info