Xəbər lenti

67 yaşlı kişi damdan yıxılıb öldü - Gəncədə
Ölkə18:40 23.05.2016

67 yaşlı kişi damdan yıxılıb öldü - Gəncədə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncədə ehtiyatsızlıq 67 yaşlı kişiyə həyatı bahasına başa gəlib.
Qaynarinfo.az xəbər verir ki, şəhərin Polis İdarəsindən Ans press-ə verilən məlumata görə, şəhər sakini 1949-cu il təvəllüdlü Həmzə Əmirxanov Mehmandarov küçəsi, ev 97 ünvanındakı evinin həyətindəki yardımçı təsərrüfatın damını təmir edərkən ehtiyatsızlıqdan həyətindəki yardımçı təsərrüfatın damından yerə yıxılıb.
Ağır bədən xəsarətləri alan kişi dərhal şəhərin təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Həkimlərin tibbi yardımına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. H. Əmirxanov xəstəxanada ölüb.
Qaynarinfo.az