Xəbər lenti

AAA tədbir keçirdi - FOTOLAR
Ölkə13:46 04.06.2013

AAA tədbir keçirdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) 31 may, 2013-cü ildə “Alumni Networking Hour” tədbiri keçirib.

Tədbir ABŞ Dövlət Departamentinin proqramları vasitəsilə ABŞ-da təhsil almış Azərbaycanlı məzunların bir-birini tanıması və şəbəkələşmə yaratması məqsədilə hər ay təşkil olunur. Xüsusi qonaqların da qatıldığı tədbirin bu dəfəki qonağı “Baghlan Group”şirkətinin Baş İcraçı Direktorun Müavini Rəşad Bayramov idi. “Baghlan Group” şirkəti təşkilatın ölkədə sıx əməkdaşlıq etdiyi şirkətlərdən biridir.

Tədbirdə ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin mətbu orqanı olan “Context” və “Bakı Hüquq Jurnalı” qonaqlara təqdim olunub. Qonaqlar keçirilən tədbirlərin onlar üçün əhəmiyyətini vurğulayaraq, təşkilatın işinə uğurlar arzulayıblar.

Qaynar.info