Xəbər lenti

ABŞ administrasiyası Ukraynanın uğur strategiyası ilə bağlı öz baxışını açıqladı
Dünya 13:50 25.06.2024

ABŞ administrasiyası Ukraynanın uğur strategiyası ilə bağlı öz baxışını açıqladı

Ukraynanın Rusiyaya qarşı müharibədə uğur qazanması üç hərəkətlə təmin edilə bilər. Moskvanı şərqdə irəliləmək, yaxın atəş nöqtələrindən istifadə etmək və Ukraynaya iqtisadi ziyan vurmaq imkanından məhrum etmək lazımdır.

Qaynarinfo "Ukrinform”a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi, səfir Ceyms O`Brayen deyib

"Mən indi Ukraynanın uğur strategiyası haqqında danışanda, söhbət Rusiyanın şərqdə cəbhəni yarmaq cəhdlərini dayandırmaqdan gedir”, - ABŞ Dövlət Departamentinin nümayənfəsi deyib. 

O qeyd edib ki, bu, Rusiyanı öz atəş nöqtələrindən istifadə etmək və Ukraynanın öz iqtisadiyyatını bərpa etməsinə mane olmaq imkanından məhrum etməkdən ibarətdir. Bu cür irəliləyişə ukraynalıların hava hücumundan müdafiə və digər silahlarla kifayət qədər təminatı ilə nail olmaq olar ki, ölkə uzun müddət mübarizə apara bilsin.

Sonradan elə bir məqam olacaq ki, Rusiya irəliyə gedəcəkmi deyə düşünməli olacaq.

Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, Ukraynanın uğurunun tərifi həm də ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin hamısına nəzarət edə bilməsidir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->