Xəbər lenti

ABŞ BMT Təhlükəsizlik Şurasında islahatlara dair təkliflərini açıqladı
Dünya 13:30 13.09.2024

ABŞ BMT Təhlükəsizlik Şurasında islahatlara dair təkliflərini açıqladı

ABŞ BMT Təhlükəsizlik Şurasında islahatlara dair təkliflərini açıqlayıb. Təkliflər üç bənddən ibarətdir.

Qaynarinfo "Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.

Onun sözlərinə görə, ABŞ BMT Təhlükəsizlik Şurasının XXI əsrin çağırışlarını effektiv həll edə biləcək inklüziv islahatlarını dəstəkləyir.

ABŞ-ın təklifləri:
1. Afrika ölkələri üçün BMT Təhlükəsizlik Şurasında veto hüququ olmayan iki daimi yerin yaradılması;
2. İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün BMT Təhlükəsizlik Şurasında yeni seçkili yerin yaradılması;
3. Digər dövlətlərlə birlikdə Təhlükəsizlik Şurasında islahatların aparılması və BMT Nizamnaməsinə dəyişikliklərin edilməsi.

"Biz keçmişin dəyərlərinə, həm də bu günün reallıqlarına uyğun gələn çoxşaxəli gələcəyə aparmalıyıq", deyə Tomas-Qrinfild bildirib.

Eyni zamanda, onun sözlərinə görə, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında veto hüququ olan ölkələrin sayında dəyişiklik etməyi təklif etmir. Bu gün belə ölkələr ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiyadır.

BMT Nizamnaməsinin prinsiplərini pozan ölkələrin Təhlükəsizlik Şurasından çıxarılması ilə bağlı suala ABŞ nümayəndəsi belə bir mexanizmin mövcud olduğunu, lakin onun həyata keçirilməsinin "çox çətin” oldğunu vurğulayıb.

Ehtimal olunur ki, BMT Baş Assambleyası zamanı Təhlükəsizlik Şurasında islahatlarla bağlı danışıqlar bir neçə həftədən sonra başlaya bilər.

Nizami Bagirov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->