Xəbər lenti

ABŞ-ın dövlət borcu ilk dəfə 33 trilyon dolları keçdi
Dünya 12:40 19.09.2023

ABŞ-ın dövlət borcu ilk dəfə 33 trilyon dolları keçdi

ABŞ-ın ümumi dövlət borcu tarixdə ilk dəfə olaraq 33 trilyon dolları keçib. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bu gün ABŞ-ın dövlət borcu 33,044 trilyon dollar təşkil edir.

Üç ay əvvəl, iyunun 16-da ABŞ-ın dövlət borcunun həcmi 32 trilyon dolları keçib. "The New York Times” qəzetinin yazdığına görə, bu onilliyin sonunda ABŞ-ın borcu 50 trilyon dollara çata bilər, hətta xərclərin azaldılması ilə bağlı ikitərəfli razılaşmanı da nəzərə alsaq.

ABŞ Respublikaçılar Partiyasının Co Bayden administrasiyası tərəfindən xərcləri azaltmadan borc tavanını artırmaqdan imtina etməsi səbəbindən 2023-cü ilin iyun ayının əvvəlində defoltla üzləşib. Tərəflər yalnız mayın sonunda razılığa gəliblər. Saziş büdcə xərclərinin məhdudlaşdırılması müqabilində dövlət borcunun tavanının 2025-ci il yanvarın 1-dək dondurulmasını nəzərdə tutur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->