Dünya 13:34 13.04.2023

ABŞ Macarıstana qarşı ilk addımı atdı: Rusiya ilə əlaqəsi olan banka sanksiya

ABŞ Maliyyə Nazirliyi Budapeştdə yerləşən və böyük hissəsinin Rusiyaya məxsus olan Beynəlxalq investisiya bankına (BİB) qarşı sanksiyalar tətbiq edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir

ABŞ səlahiyyətliləri bildirirlər ki, Beynəlxalq İnvestisiya Bankının Budapeştdə olması "Rusiyaya Avropada kəşfiyyat mövcudluğunu gücləndirməyə imkan verir” və Mərkəzi Avropa və Qərbi Balkanlarda bədxah fəaliyyətlərə, korrupsiyaya və sanksiyalardan yayınmağa şərait yaradır.

Bankın Moskvada qeydiyyatdan keçmiş törəmə şirkəti olan BIB Capital, bankın hazırkı rəhbəri Nikolay Kosov və iki keçmiş əməkdaşı - rusiyalı Georgi Potapov və macar İmre Lasloçki də ABŞ sanksiyalarına məruz qalıb.

"BİB rəhbərləri hətta Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya növbəti müdaxiləsindən sonra da BİB-in fəaliyyətini Rusiya Federasiyasının rəsmiləri ilə koordinasiya ediblər. Kosov BİB-in keçmiş sədri, Potapov və Lasloçki isə BİB-in idarə heyətinin yüksək vəzifəli şəxsləridir”, - məlumatda deyilir.

Nizami Bağırov