Donald Tramp seçici saxtakarlığı və "cinayətlərə əl atmaqla”, bilərəkdən yalan iddialar irəli sürməklə hələ məğlubiyyətindən əvvəl 2020-ci il seçkilərini ləğv etmək cəhdinin əsasını qoyub.
Qaynarinfo AP-yə
istinadən xəbər verir ki, bu barədə 2020-ci il seçkiləri ilə bağlı yeni sübutların yer aldığı dərc edilmiş məhkəmə sənədlərində deyilir.
"İttiham edilən sui-qəsdlər zamanı təqsirləndirilən şəxs prezident olsa da, onun sxemi mahiyyət etibarı ilə özəl idi. Təqsirləndirilən şəxs 2020-ci il prezident seçkilərində uduzanda hakimiyyətdə qalmaq üçün cinayətlərə əl atıb", deyə xüsusi prokuror Cek Smitin komandası bildirib.
Sənəddə iddia olunur ki, Tramp seçkinin nəticələrini hələ elan edilmədən ləğv etmək üçün "zəmin qoyub” və məsləhətçilərinə bildirib ki, əgər o, ilkin mərhələdə üstünlük əldə etsə, "səslər hesablanmadan və qalib proqnozlaşdırılmamışdan əvvəl qələbəsini elan edəcək”. Prokurorların sözlərinə görə, seçkidən dərhal sonra onun müşavirləri səslərin hesablanmasında xaos yaratmağa çalışıblar.
Yayılan sənəddə Trampın yalan olduğunu bildiyi halda saxtakarlıq iddiaları irəli sürdüyü bildirilir. O, vəkilinin seçki pozuntuları ilə bağlı iddialarının "dəlisov” olduğunu etiraf edib və "Ulduz yolu” elmi-fantastika filminə istinad edib.
Prokurorlar həmçinin iddia edirlər ki, Tramp öz "Twitter" hesabından seçki saxtakarlığı ilə bağlı yalan iddialar yaymaq, məğlubiyyəti ilə bağlı "doğru danışanlara” hücum etmək və tərəfdarlarını 6 yanvar 2021-ci ildə Kapitoliyə hücuma cəhd edilərkən Vaşinqtona gəlməyə təşviq etmək üçün istifadə edib.
Nizami Bağırov
Şərhlər