Xəbər lenti

ABŞ Senatı general Braunu Baş Qərargah rəisi vəzifəsinə təsdiq etdi
Dünya 11:41 21.09.2023

ABŞ Senatı general Braunu Baş Qərargah rəisi vəzifəsinə təsdiq etdi

ABŞ senatorlarının əksəriyyəti - 83 səs lehinə, 11 səs əleyhinə general Çarlz Braunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri təyin edilməsinə səs verib. Bu vəzifədə o, səlahiyyət müddəti oktyabrın 1-də başa çatacaq Mark Millini əvəz edəcək.

Bu barədə Qaynarinfo "Reuters"ə istinadən xəbər verir

Çarlz Braun Kolin Paueldən (1989-1993-cü illər) sonra bu vəzifəyə təyin edilmiş ikinci afro-amerikalıdır. Bundan əlavə, Reuters-in qeyd etdiyi kimi, ABŞ tarixində ilk dəfə olaraq afroamerikalılar eyni vaxtda Birləşmiş Qərargah Rəisləri Komitəsinə və Pentaqona (Lloyd Ostin) rəhbərlik edirlər.

Çarlz Quinton-Braun 1984-cü ildə Texas Texnologiya Universitetini mühəndislik dərəcəsi ilə bitirdikdən sonra Hərbi Hava Qüvvələrində xidmətə başlayıb. Xidmət etdiyi müddətdə ABŞ Hərbi Hava Qüvvələrində Cənubi Koreyada, Almaniyada (Ramşteyn bazası), İtaliyada müxtəlif taktiki vəzifələrdə çalışıb. 2015-ci ildən ABŞ Hərbi Hava Qüvvələrində Yaxın Şərq və Afrika, Mərkəzi Asiya və Sakit Okean regionunda komandanlıq vəzifələrində çalışıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->