Xəbər lenti

Şabran körpüsünün ətrafındakı bəzi evlər qəzalı vəziyyətə düşüb (FOTO)
Foto 20:00 16.12.2025

Şabran körpüsünün ətrafındakı bəzi evlər qəzalı vəziyyətə düşüb (FOTO)

Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində inşa edilmiş körpünün ətrafındakı bəzi evlər qəzalı vəziyyətə düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Report"a yerli sakinlər məlumat veriblər.

Onların iddialarına görə, 2010-cu ildə istifadəyə verilmiş həmin körpü ilə çoxtonnajlı yük maşınlarının intensiv hərəkəti zamanı evlərdə güclü silkələnmə hiss olunur. Bunun nəticəsində yaxınlıqdakı evlərin bir çoxunun divarlarında çatlar əmələ gəlib.

Sakinlər deyiblər ki, buna görə evlərini təmir edə, yaxud da sata bilmirlər. Ona görə də ərazidəki ailələrin bir qismi öz mülklərini tərk etmək məcburiyyətində qalıb.

Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyətindən bildirilib ki, layihə ilə sözügedən körpünün altına düşən evlərin problemi zamanında həll olunsa da, ətrafdakı digər evlərlə bağlı hələlik yekun qərar verilməyib:

"2006-cı ilin fevral ayında Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun tikintisi ilə əlaqədar yolun rayon ərazisindən keçən hissəsinə baxış keçirilib. Bu zaman 12 fərdi yaşayış evinin körpünün altına düşdüyü müəyyən edilib. Yolun tikintisi zamanı həmin evlər sökülüb və sahiblərinə kompensasiya ödənilib. Körpüyə yaxın olan digər evlərə baxış keçirilsə də, onlarla bağlı hələ qərar qəbul edilməyib. Şabran Rayon İcra Hakimiyyəti bununla bağlı müvafiq qurumlara müraciət göndərib, cavab gözlənilir".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->