Dünya 06:13 14.04.2022

ABŞ-dan Ukraynaya növbəti hərbi yardım: artilleriya, zirehli texnika, helikopterlər...

ABŞ Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardımı paketi təqdim edir.

Qaynarinfo "Evropeyskaya Pravda”-ya istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbətindən sonra deyib.

"Mən indicə prezident Zelenski ilə danışdım və ona dedim ki, administrasiya Ukraynaya əlavə 800 milyon dollarlıq silah, sursat və digər yardımlar edir", - Ağ Evin bəyanatında deyilir.

Bayden qeyd edir ki, Ukrayna ordusu artıq verilmiş silahlardan çox səmərəli istifadə edir. Rusiyanın Donbassda hücumunu artırmağa hazırlaşdığını nəzərə alsaq, ABŞ Ukraynanı özünümüdafiə üçün silahla təmin etməyə davam edəcək.

"Yeni yardım paketinə artıq təmin etdiyimiz bir çox effektiv silah sistemləri və Rusiyanın Ukraynanın şərqində gözlədiyimiz daha geniş hücumunu dəf etmək üçün yeniləri daxil olacaq. Bu yeni silahlara artilleriya sistemləri, döyüş sursatları, helikopter və zirehli texnika daxildir. Mən də təsdiqləmişəm. Bundan əlavə, biz dünya üzrə müttəfiqlərdən və tərəfdaşlardan Ukraynaya əhəmiyyətli silahların ötürülməsi prosesini davam edəcəyik” - Co Bayden deyib.

O qeyd edib ki, Qərb müttəfiqlərindən davamlı olaraq silah tədarükü Ukraynanın Rusiya işğalına uğurla müqavimət göstərmək qabiliyyəti üçün çox vacibdir.

Aydın
Qaynarinfo