Xəbər lenti

Afrika ölkəsində Azərbaycan dili tədris oluna bilər
Ölkə 22:00 29.02.2024

Afrika ölkəsində Azərbaycan dili tədris oluna bilər

Mərakeşdə Azərbaycan dili tədris oluna bilər.

Bu barədə "Report"a müsahibəsində Azərbaycanın Mərakeşdəki fövqəladə və səlahiyyətli səfiri, ICESCO yanında Daimi nümayəndəsi Nazim Səmədov məlumat verib.

Onun sözlərinə görə, növbəti illərdə müvafiq dövlət qurumları ilə birlikdə Mərakeşdə Azərbaycan dilinin tədrisi ilə bağlı müəyyən işlərin görülməsi nəzərdə tutulur.

Səfir bildirib ki, 2015-ci ildə Rabat şəhərindəki V Məhəmməd Universitetinin ədəbiyyat və humanitar elmlər fakültəsinin nəzdində Azərbaycan dili, sivilizasiyası və mədəniyyəti tədris olunmağa başlasa da, bu layihə cəmi iki il icra edilib:

"Tərəfimizdən yeni davamlı layihə ilə bağlı təkliflər hazırlanır və onlar Bakıya göndəriləcək. Azərbaycan dilinə maraq, əsasən, Mərakeşdə yaşayan azsaylı azərbaycanlı icması ilə əlaqəlidir".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->