Cavanşir Məmmədov,
Quba rayonu
Dayandım, səfərim buraya kimi
İş gücü qalmamış adam kimiyəm
Aparsa yol özü aparar məni
İntizar dəmini əlindən verib
Məqam yetişəndə yatan kimiyəm...
Həsrətlə görüşüm birinci deyil
Dünyada alagöz bir qız görmüşdüm
Soyuqdum, hər dərdə verməzdim fikir
Doğmam öləndə də ağlamamışdım
Ağladım, dünyada Araz görmüşdüm...
Bürüyüb beynimi fikir dumanı
Bir dağam, dağ başı dumansız olmaz
Atardım əlimə keçsə zamanı
Atardım bu dəli dolu sulara
Zaman bir bu qədər amansız olmaz...
Şərhlər