Xəbər lenti

Dünya 11:28 22.09.2022

Aİ nazirləri yeni sanksiyalar və Kiyevə silah tədarükü ilə bağlı razılığa gəldilər

Avropa İttifaqının xarici işlər nazirləri Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsinə görə İkinci dünya müharibəsindən sonra ölkənin ilk hərbi səfərbərliyi barədə göstəriş verməsindən sonra Rusiyaya qarşı yeni sanksiyaların hazırlanması və Kiyevə silah tədarükünün artırılması barədə razılığa gəliblər.

Bu barədə Qaynarinfo "Reuters” agentliyinə istinadən xəbər verir.

İttifaqın 27 xarici işlər nazirinin hamısı Nyu Yorkda dünya liderlərinin BMT-dəki illik toplantısındadır.

Aİ-nin xarici siyasət departamentinin rəhbəri Cosep Borrell bildirib ki, Putinin Ukrayna ərazisinin bir hissəsini ilhaq etmək üçün addımlar və nüvə silahından istifadə təhlükəsini ehtiva edən bəyanatı panika və çarəsizlikdən xəbər verir.

"Aydındır ki, Putin Ukraynanı məhv etməyə çalışır”, - nazirlərin görüşündən Borell jurnalistlərə deyib.

Ukraynanın xarici işlər naziri Dmitri Kulebinin brifinqindən sonra nazirlər öz komandalarına "Ukraynadakı təcavüzkar müharibəyə görə Rusiya iqtisadiyyatının daha mühüm sektorlarına qarşı yönələcək və məsuliyyət daşıyanları təqib etməyə davam edəcək səkkizinci sanksiyalar paketini hazırlamağı tapşırmağa razılaşıblar”, - Borrell bildirib. 

Aİ nazirləri növbəti rəsmi görüşlərini oktyabrın ortalarında keçirəcəklər, o zaman sanksiyalar paketini rəsmiləşdirmək mümkün olacaq.

Nazirlər həmçinin Ukraynaya silah tədarükünün artırılması ilə bağlı razılığa gəliblər. Borrell sanksiyaların növü və ya hərbi dəstək haqqında təfərrüat verməkdən imtina edib, lakin bildirib ki, onun fikrincə, blok yeni tədbirlərə "yekdil” dəstək verəcək.

Estoniyanın xarici işlər naziri Urmas Reinsalu "Reuters” agentliyinə müsahibəsində deyib ki, Putin Qərbi qorxutmağa və parçalamağa çalışıb, lakin onun son bəyanatı "oyunu dəyişən an” olub.

Onun sözlərinə görə, Aİ nazirlərinin görüşü birliyimizi vurğulamalı, yeni sanksiyalar paketi ilə sürətlə irəliləməli və Ukraynaya silah tədarükünü artırmaq üçün Avropa Sülh Mexanizminin maliyyələşdirmə mexanizmindən istifadə etməlidir.

"Həmçinin hüquqi məsuliyyəti qəbul etdiyimizi bəyan etməliyik. Kremldəki fürerlər soyqırım müharibəsinə görə onların məsuliyyətinə yüngül yanaşılmasını təbii qəbul etməməlidirlər", - o deyib.

Sanksiya paketinin 27 tərəfdarı arasında birliyi qorumaq bloka ağır zərbə vuran enerji böhranı şəraitində çətin ola bilər. Macarıstan çərşənbə axşamı bu ideyanı rədd edib.

"İndi hər şey fərqlidir, - Reinsalu deyib. Aviasiyada belə bir deyim var ki, qaydalar təyyarə qəzası qurbanlarının qanı ilə yazılır. Bütün sanksiya paketləri qanla, Rusiyanın törətdiyi vəhşiliklərlə yazılıb”.

Nizami

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->