Ölkə 12:42 11.06.2022

Aktyorun həyat yoldaşı: "Elvinin ciyərinin 10%-i qalmışdı..."

Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayevin əməliyyatı ilə bağlı hazırlıqlar gedir.

Bu barədə Qaynarinfo-ya açıqlamasında aktyorun həyat yoldaşı Elvina Atakişiyeva deyib. O, əməliyyatın tarixinin hələ dəqiqləşmədiyini vurğulayıb:

"Elvinin ciyərinin 10%-i qalmışdı. Həkimlər onun faizini qaldırmağa çalışır. Gözlənilən nəticə əldə olunandan sonra əməliyyat tarixi bəli olacaq. Biz burada başa düşdük ki, hər saniyənin öz hökmü var”.

Qeyd edək ki, uzun zamandır aktyor Elvin Ağayev qaraciyər sirrozundan əziyyət çəkir. Aktyor hazırda Türkiyənin Ankara şəhərində müalicə olunur.

Bahar Rüstəmli