Xəbər lenti

Ali məktəblərə qəbul olanların NƏZƏRİNƏ
Ölkə10:16 20.08.2013

Ali məktəblərə qəbul olanların NƏZƏRİNƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 2013-2014-cu tədris ili üçün ali məktəblərin bakalavr pilləsinə qəbulla bağlı keçirilmiş müsabiqədən uğurla keçən şəxslər avqustun 20-dən qəbul olunduqları ali məktəblərdə qeydiyyata düşməlidirlər.
Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Tələbələr qeydiyyata düşmək üçün gecikməməli, müəyyən olunan vaxta qədər bu proseduru başa çatdırmalıdırlar. Onlar avqustun 29-na kimi qəbul olunduqları ali məktəbdə qeydiyyata düşməsələr, bu onların həmin ixtisasdan imtinası kimi qiymətləndiriləcək.
Qeyd edək ki, alı məktəblərə qeydiyyat avqustun 29-da bitəcək.
Qaynar.info