Dünya 16:17 03.02.2023

Almaniya Ukraynaya 88 köhnə Leopard tankı satacaq - KİV

Almaniya hökuməti köhnə Leopard-1 tanklarından 88-nin Kiyevə çatdırılmasına icazə verib.

Qaynarinfo xəbər verir ki, "Süddeutsche Zeitung”un hökumətdəki mənbələrə istinadən yaydığı məlumata görə, Berlin alman silah istehsalçısı "Rheinmetall” şirkətinin köhnə tankları təmirdən sonra Kiyevə satmaq planlarını təsdiqləyib, onların ümumi dəyəri 100 milyon avrodan çoxdur.

Problem ondadır ki, Leopard-1-lər artıq istehsaldan çıxıb və onlar üçün mərmilər Ukraynanın tədarük etməyi gözlədiyi daha yeni Leopard-2-lərin çapı ilə eyni deyil.

Eyni zamanda, bu addım Berlinin Ukrayna ilə bağlı tank siyasətində dəyişiklikdən xəbər verir. Cəmi doqquz gün əvvəl Almaniya aylarla davam edən müzakirələrdən sonra Kiyevə bir tağım Leopard-2 tankı göndərəcəyini açıqlayıb.

Alpər