Xəbər lenti

“Amnesty İnternational” Litvanın kasetli sursatlarla bağlı qərarını tənqid etdi
Dünya 21:35 19.07.2024

“Amnesty İnternational” Litvanın kasetli sursatlarla bağlı qərarını tənqid etdi

"Amnesty İnternational” insan haqları təşkilatı Litvanın kasetli sursatları qadağan edən konvensiyadan çıxmaq qərarını tənqid edib.

Bu barədə Qaynarinfo "Delfi” nəşrinə istinadən xəbər verir.

"Litva parlamentinin kasetli sursatlar haqqında Konvensiyadan çıxmaq qərarı fəlakətli və həyəcanverici hadisədir. Bu addım silahlı münaqişə zamanı mülki şəxslərə dəyən zərəri minimuma endirmək üzrə qlobal konsensusu pozur və silahların istehsalına, ötürülməsinə və istifadəsinə son qoymaq üçün onilliklər ərzində əldə edilmiş irəliləyişə xələl gətirir”, - "Amnesty International”ın Avropa üzrə direktor müavini Dinuşika Dissanayake bildirib. 

"Litva Parlamenti mülki əhalinin müdafiəsi üçün nəzərdə tutulmuş kasetli sursatlar haqqında Konvensiyadan çıxmasına təcili yenidən baxmalı və bunun əvəzində ratifikasiyadan sonra nümayiş etdirdiyi Konvensiyaya fəal şəkildə dəstəyini nümayiş etdirməyə davam etməlidir”, o əlavə edib.

Xatırladaq ki, cümə axşamı Litva Seymi kasetli sursatlar haqqında Konvensiyadan çıxmaq qərarına gəlib. Litva bu beynəlxalq müqavilədən çıxdıqdan sonra kasetli sursatların alınmasına, ehtiyata yığılmasına, zərurət olduqda müharibə vəziyyətində istifadəsinə heç bir məhdudiyyətlə üzləşməyəcək. 

Litva Kassetli sursatlar haqqında Konvensiyanı 2010-cu ildə ratifikasiya edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->