Xəbər lenti

Anar dostlarının qəbrini ziyarət etdi, görüntülər hamını duyğulandırdı (VİDEO)
Video 22:15 30.05.2024

Anar dostlarının qəbrini ziyarət etdi, görüntülər hamını duyğulandırdı (VİDEO)

Xalq yazıçısı Anar Fəxri Xiyabana gedərək dünyadan köçmüş həmkar dostlarının məzarlarını ziyarət edib. 

Azpost.info bildirir ki, görüntülərdə Anar atası Rəsul Rzanın, anası Nigar Rəfibəylinin, Yusif Səmədoğlunun, Emin Sabitoğlunun, Vaqif Səmədoğlunun, Rüstəm İbrahimbəyovun və digərlərinin qəbirləri üzərində gül dəstələri düzüb.

Kadrlar sosial şəbəkədə böyük maraqla qarşılanıb. İstifadəçilər bu kövrək mənzərəyə öz xoş sözləri ilə dəstək veriblər.

Anar daha sonra bu şerini paylaşıb.

"İtirdiyim dostlarla
yuxuda görüşürəm.
maska filan taxmadan
görüşüb-öpüşürəm.
Gündüz ölən dostlarım
Gecə yuxuma girir.
Mən burdan danışıram.
Soruram: orda nə var?
Cavab vermir heç biri,
Məlul-məlul baxırlar.
Oranın ünsiyyəti
bəlkə, susub baxmaqmış.
Görəsən, o dünyada
yuxular belə varmış?
Ordakı dostlarım da
Hərdən görürmü məni,
ordakı yuxularda?
Əslində, kim bilir kim,
Kimdi yuxulu, ayıq?
Bəlkə, onlardı oyaq
Biz burda yuxudayıq”.

Anar. 13 yanvar 2022
Video by P.N.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->