
Martın 14-də Bakı Apellyasiya Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbs müddətinin uzadılmasına dair Nəsimi Rayon Məhkəməsinin qərarından şikayətə baxılıb.
Martın 6-da Anar Məmmədlinin həbs müddəti iyun ayının 16-dək uzadılıb. Bu barədə məlumatı vəkil Fariz Namazlı öz "facebook" səhifəsində yazıb: "Bak; Apellyasiya Məhkəməsi Anar Məmmədlinin həbsdə saxlanılma müddətinin uzadulmasına dair Nəsimi rayon məhkəməsinin 06 mart 2014 tarixli qərarını qüvvədə saxladı" .
Anar Məmmədli ötən il dekabrın 16-dan həbsdədir. O, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Qaynar.info