Xəbər lenti

Ancelina Coli oğlunun düşdüyü qəzaya görə Bred Pitti günahlandırır
Maqazin 23:05 08.08.2024

Ancelina Coli oğlunun düşdüyü qəzaya görə Bred Pitti günahlandırır

Aktrisa Ancelina Coli oğlunun qəzaya düşməsində keçmiş əri, aktyor Bred Pitti ittiham edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "In Touch Weekly" məlumat yayıb.

"Ancelina hesab edir ki, Bred onun tək ana kimi keçdiyi bütün çətinlikləri tamamilə qiymətləndirmir. İlk növbədə onun bu vəziyyətə düşməsi Bredin günahıdır. Çünki o, öz ehtiyatsızlığı ilə sahib olduqları ailəni məhv edib", deyə mənbə bildirib.

Mənbə əlavə edib ki, Ancelina Coli keçmiş ərini tamamilə tənbəl hesab edir. Onun fikrincə, aktyor övladlarını böyütmək əvəzinə, onu məhkəmədə məhv etməyə çalışmaq üçün milyonlar xərcləyir.

Mənbə onu da qeyd edib ki, qəzadan sonra məşhur övladları ilə Nyu-Yorka köçmək barədə düşünüb. Bununla belə, bundan əvvəl Coli Pittlə məsələni həll etməlidir.

İyulun 29-da Coli və Pittin oğlu Los-Ancelesdə qəzaya düşüb. Paks elektrik velosipedini avtomobilə çırpıb. Qeyd olunur ki, oğlan dəbilqəsiz hərəkət edirmiş. Hadisə yerinə polis əməkdaşları və həkimlər gəlib.

Ötən gün Bred Pitt qəzadan sonra oğlu Paksla əlaqə saxlaya bilmədiyini deyib. Aktyor qəzadan çox üzülüb. Pitt heç nə edə bilmədiyi üçün özünü tamamilə gücsüz hiss etdiyini dryib. Sənətçi dəfələrlə övladlarına zəng etsə də, zənglərinə cavab verməyiblər.

Qeyd edək ki, Coli və Pitt bir müddət əvvəl ayrılıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->