Texnologiya 14:39 23.03.2024

"Android 15"də peyk rabitəsi funksiyası işə başladı

"Google" peyk rabitəsi üçün cavabdeh olan funksiyanı özündə birləşdirən tərtibatçılar üçün "Android 15 Developer Preview" (DP) 2-ni buraxıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə iXBT portalı məlumat yayıb.

Əməliyyat sisteminin yenilənmiş versiyası proqramlara "ServiceState.isUsingNonTerrestrialNetwork" funksiyası vasitəsilə peyk bağlantısı istifadəsini aşkarlamağa imkan verir. Bundan əlavə, "Google" qeyd edib ki, standart SMS və ya MMS mesajları göndərilərkən və RCS protokolu vasitəsilə peyk rabitəsi dəstəyi də həyata keçiriləcək.

Bununla belə, "Android 15 Developer Preview 2" cihazın performansında, interfeys hamarlığında və təhlükəsizlikdə digər əhəmiyyətli təkmilləşdirmələri də əhatə edir.

"Android 15" testinin fevral və mart aylarında çıxan "Developer Preview" daxil olmaqla, hər biri üçün iki buraxılışla üç mərhələdə baş tutacağı gözlənilir. İndi aprel və may aylarında "Beta"nı, həmçinin iyun və iyul aylarında "Platformanın Sabitliyi"ni gözləmək lazımdır. "Android 15"in tam və son versiyası ilk olaraq "Google Pixel" smartfonları üçün 2024-cü ilin yayın sonu və ya payızın əvvəlində buraxılmalıdır.

Aydın