Video 12:58 01.10.2023

Ankarada partlayış və terrorçularla qarşıdurma anları - ANBAAN GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub.

Qaynarinfo-nun məlyumatına görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb,

Nazir bildirib ki, yerli vaxtla saat 09.30 radələrində bina girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib. Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib. Açılan atəş nəticəsində 2 polis yüngül xəsarət alıb.

Artıq partlayış və terrorçularla polis arasındakı qarşıdurmanı əks etdirən görüntülər yayılıb. Həmin görüntüləri təqdim edirik.