Xəbər lenti

Antalyada meşə yanğını Bülent Ersoyun villasına sıçrayıb, sənətçi təcili təxliyə olundu
Ölkə19:26 25.07.2025

Antalyada meşə yanğını Bülent Ersoyun villasına sıçrayıb, sənətçi təcili təxliyə olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Antalya şəhərindəki meşə yanğını tanınmış ifaçı Bülent Ersoyun Kundu bölgəsinin Gözəloba məhəlləsindəki villasına sıçrayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, sənətçi tələm-tələsik təxliyə olunub.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Evə sıçrayan yanğın genişlənmədən söndürülüb.
İfaçının prodüsseri B.Ersoyun vəziyyətinin yaxşı olduğunu bildiriblər.
Qeyd edək ki, Antalyanın Aksu, Qazipaşa, Manavgat ve Muratpaşa rayonlarında meşə yanğınları bir neçə gündür davam edir.